Email

  • Consultancy Services

  • People matter

  • Effective Business Process Outsourcing

  • Customized Training Courses

  • Manage Your Resources with HRC

  • 10 Benefits of Psychometrics in HR

Əmək qanunvericiliyinə əməl olunmasina dövlət nəzarəti, Yeniliklər və perspektivlər

6 July 2015

training_28.07.2015

 

TƏDRIS CƏDVƏLI

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblər və DƏMX-nin fəaliyyətində bu Qanunla əlaqədar  yeniliklər:

 

  • yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və bununla əlaqədar yoxlamanın keçirilməsi qaydaları;
  • sahibkarların yüksək, orta və aşağı risk qruplarına aid edilməsi və yoxlamaların dövrülüyü;
  • iri, orta və kiçik  sahibkarlıq növündən asılı olaraq  yoxlamanın  müddəti; 
  • sahibkarların DƏMX-nin yoxlama suallarının siyahısı ilə tanış olma imkanları  və s.

 

2. 2 oktyabr 2014-cü il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib edilməsi Qaydaları” barədə məlumat və bu Qaydalardan irəli gələn tələblər və yeniliklər: 

 

  • DƏMX tərəfindən tətbiq edilən formalar;
  • şərti cərimələrin tətbiq edilməsi qaydası və forması;
  • DƏMX tərəfindən qəbul edilən qərarlardan şikayət verilməsi qaydası və s.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) hüquq və vəzifələri və tətbiq etdiyi cərimələr.

4. DƏMX tərəfindən tətbiq edilən cərimələr:

 

  • cərimə maddələri və məbləğləri;
  • şərti tətbiq edilən cərimələr və onların mahiyyəti;
  • DƏMX qəbul etdiyi qərarların yerinə yetirilməməsinə görə inzibati məsuliyyət;
  • cərimələrə məruz qalmamaq üçün qabaqlayıcı tədbirlər və s.

5. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olanan normativ hüquqi aktlarla bağlı sualların cavablandırılması, normativ hüquqi aktlarla təminat, məsləhətlərin verilməsi.

Təlim Kempinski ofislər binasında Avqustun 14-də keçirləcək. 

Tədrim kursun qiyməti 250 AZN təşkil edir.

Qeydiyyatdan keçmək üçün Enrollment form adlı sənədi training"hrcbaku.com göndərdiyinizi xahiş edirik.

Əlaqə üçün +994 12 437 27 72

Enrollment_Form__Date_Company_Name.pdf

Course_Outline_HRL001_28.07.2015.pdf