aznNegotiable

Keyfiyyət İdarəetmə sistemi üzrə mütəxəssis

  • Date: 21 August 2019
  • Deadline: 20 September 2019
  • Work conditions: Full time
  • Location: Baku, Karadag
Job Description
  • Bütün idarəetmə sistemlərinin (Keyfiyyət, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 və EN 197-2 standardlarına, qanunvericilik və müştəri tələblərinə, Şirkətin əsas keyfiyyət hədəfləri və strategiyasına uyğun olaraq yaradılması, tətbiq edilməsi və təkmilləşdirilməsində, Şirkətin SƏTƏM Siyasətini hazırlanmasında və davamlı inkişaf fəaliyyətlərinin həyata keçirilməsində VİS Müdirinə dəstək olmaq
  • API sertifikatının əldə edilməsi ilə bağlı VİS Sənədlərinin API Standardına uyğunlaşdırılması, yeni sənədlərin hazırlanması və standartın şirkətdə tətbiq edilməsi, işçilərə bununla bağlı təlim keçmək
  • Vahid İdarəetmə Sistemi Sənədlərinin və Qeydlərinin API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 və EN 197-2 standardlarına, qanunvericilik və müştəri tələblərinə, Şirkət Prosedurlarına uyğun olaraq hazırlanması, saxlanması, yayımlanmasını, ehtiyac yarandıqda çap nüsxələri təmin etmək, yenilənməsini nəzarətdə saxlamaq, ehtiyac yarandıqda işçilərə təlim vermək
  • API SPEC Q1, ISO 9001, ISO 14001, ISO 45001 standardının Şirkətdə tətbiq edilməsinə nəzarət, bu məqsədlə Audit Proseduruna uyğun olaraq audit planlarının hazırlanması, mütəmadi auditlərin keçirilməsi, audit hesabatlarının hazırlanması, APİ və İSO Daxili və Xarici Auditi nəticəsində aşkarlanan uyğunsuzluqların araşdırılması, aradan qaldırılmaları üçün islahedici tədbirlərin planlaşdırılması və təqib edilməsi.
  • Vahid İdarəetmə Sistemində meydana çıxan və ya çıxa biləcək uyğunsuzluqları qeydə almaq, uyğunsuzluqların kök səbəblərinin təyini, həmçinin islahedici /qabaqlayıcı tədbirlərin planlaşdırılmasını təqib etmək, VİS performansı haqqında öz Müdirinə Hesabat vermək.
  • Rəhbərliyin İcmal İclaslarına Prosedurda qeyd edilən hesabatların hazırlanmasında VİS və SƏTƏM üzrə Müdirə, həmçinin digər şöbələrə dəstək vermək, İclas Qeydlərini hazırlamaq və rəhbərliyə təqdim etmək, qəbul edilən qərarlar və tədbirləri təqib etmək
  • Digər şöbələrin əməkdaşlarına Vahid İdarəetmə Sisteminin tətbiqi ilə bağlı kömək etmək
  • Vahid İdarəetmə Sisteminin təkmilləşdirilməsi üçün təkliflər vermək
Requirements
  • Ali bakalavr təhsili
  • Əlaqədar sahədə 3 il iş təcrübəsi
  • Sərbəst  ingilis dili biliyi
  • MS office (Word, Excel,Powerpoint,Outlook) proqramlarından istifadə bacarığı

Apply for a vacancy




 




Upload CV that are best way for better performance of your practise