• Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək; • Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək; • Aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək; • Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək; • Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək; • Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin həйrəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
· Ali təhsil (maliyyə, iqtisadiyyat); · 3 illik analoji iş təcrübəsi · Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər · Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti, · Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır); · MS Office proqramları üzrə biliklər ; · İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək; · Nahar şirkət tərəfindən verilir.