Vəzifə təlimatı · Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir, mal və materialların tələbata uyğun alınması və paylanılması işlərini təşkil edir. · Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. · Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirməsinə nəzarət edir. · İnventarizasiyanın aparılmasında dəstək verir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görülməsində dəstək verir. · Sifariş olunan mal materialların son istifadıçiyə çatdırılması üçün loqistika əməliyyatlarına nəzarət edir və lazım olan sənədlərin rəsmiləşdirilməsinə nəzarət edir. · Bazar araşdırmaları aparır və araşdırmalara nəzarət edir. · Lazımı təqdirdə Prosedurların reviziyasını aparır. · Ehtiyac yarandıqda Prosedura Təlimatlar tərtib edir. · Təkliflərin toplanmasına nəzarət edir. · Işçilər arasında iş bölgüsü aparır · Satınalmaların koordinasiyasını təşkil edir. · Lazımı toplantılarda iştirak edir. · İşçilərin digər şöbələr işçiləri ilə kommunikasiyasını təmin edir.