• Çalışdığı pərakəndə satış məntəqəsinin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
• Məsul olduğu mağazada satılan məhsullar barədə bilikli olmaq;
• Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq;
• Müştərilər tərəfindən gələn tələb, təklif və şikayətləri yerində qəbul etmək və ya məsul şəxslərə yönləndirmək;
• Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
• Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq və ya məsul şəxsi məlumatlandırmaq;
• Oğurluq hallarına qarşı ayıq olmaq və mağaza daxilində hər hansı şübhəli hərəkət barədə şirkətin təhlükəsizlik xidməti əməkdaşlarına məlumat vermək;
• Anbardan mağaza göndərilən məhsulları SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək;
• İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
• Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, müştərilərə təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq;
• Lazım gəldikdə rəhbərliyin göstərişi ilə digər şöbələrdə və marketlərdə əlavə SƏTƏM qaydaları tələb olunmayan müxtəlif tapşırıqları həyata keçirmək;
• Müştərilərə kassada xidmət göstərmək;
• Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
• Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.
Tələb olunan Təhsil və Təcrübə:
· tələb olunan təhsil dərəcəsi: Orta
· müvafiq sahədə iş təcrübəsi: 1 ilə qədər
· tələb olunan və ya üstünlük verilən sənaye sektoru: Qida, pərakəndə satış
Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar):
· vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusi səriştələr və bacarıqları qeyd edin: Ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı
· tələb olunan texniki bilik və bacarıqları qeyd edin: MS office, SƏTƏM qaydaları, məhsullar haqqında ətraflı məlumat
· təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): N/A
· dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır)
• Daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir;
• Daim Cəmiyyətin mənafeyini və imicini qoruyur;
• Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını vaxtında və tam icra edir.
• Verilmiş səlahiyətlər çərçivəsində həvalə edilmiş vəzifələrin icrası zamanı Cəmiyyətə vurduğu ziyana, eyni zamanda məxfi məlumatların yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarının tələblərinə müvafiq olaraq məsuliyyət daşıyır