· Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək; · İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək; · Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət etmək; · İş öncəsi “Həftəlik təlimat”ların keçirilməsini təmin etmək; · İş sahələrində Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək; · Təsdiq olunmuş “İstehsalat” monitorinqi planına uyğun olaraq əməyin mühafizəsi üzrə iş sahələrində vaxtaşırı müşahidələr aparmaq və nəticələrini “Monitorinq jurnalı”nda qeyd etmək; · Aşkarlanmış uyğunsuzluqların təyin olunmuş vaxt ərzində aradan qaldırılmasını təqib etmək; · Təhlükə potensiallı işlərin (yüksək gərginlikli işlər, dalğıc işləri və s.) təhlükəsiz icrasında və eləcə də işə icazə sisteminin tətbiq edildiyinə əmin olmaq; · İşçilərin FMV və xüsusi geyimlə təmin olunmasına və onlardan istifadə olunmasına ciddi nəzarət etmək; · “Əməyin mühafizəsi” qaydalarına əməl etməyən işçinin bilavasitə rəhbəri barəsində intizam tənbehi tədbiri görülməsi üçün şöbə rəhbərliyinə yazılı məlumat vermək; · Fərdi və Kollektiv mühafizə vasitələrinin daim işlək vəziyyətdə olmasına nəzarət etmək; · İlkin yanğınsöndürmə vasitələrinin və tibbi qutuların daim işlək vəziyyətdə olmasını təmin etmək; · Sahədə baş verən bədbəxt hadisə, qəza və insident barəsində şöbə rəhbərliyinə yazılı məlumat vermək; · Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində dəstək olmaq; · İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək; · Əmək mühafizəsinə aid risklərin qiymətləndirilməsində iştirak etmək; · İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edilmək; · Əməyin mühafizəsinə aid əyani vasitələrin hazırlanmasında iştirak etmək və SOC kartların doldurulmasına nəzarət etmək; · Qanunvericiliyə və şöbənin Əsasnaməsinə uyğun digər işlər icra etmək.
,
Job Description
Requirements:
Tələb olunan Təhsil və Təcrübə: · tələb olunan təhsil dərəcəsi: Ali · müvafiq sahədə iş təcrübəsi: 1-2 il · tələb olunan və ya üstünlük verilən sənaye sektoru: İstehsalat Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar): · vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri, işə icazə sistemin tətbiqi qaydalarını və dalğıclıq fəaliyyətinə aid ilkin məlumatları bilməli, ünsiyyətcil və komandada işləmək bacarığı olmalı · tələb olunan texniki bilik və bacarıqları qeyd edin: Əməyin mühafizəsi sahəsində təlim təqdimatlarını hazırlamaq, MS office proqramları · təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): SƏTƏM sahəsində müvafiq sertifikatlar (IOSH, ISO 45001, FHN SƏTƏM kursu sertifikatı və s.) · dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan dili, Rus və ingilis dilləri (üstünlükdür)