Bu rol İR funksiyasının gündəlik işlərini və təşkilatın İR-a aid olan işlərini idarə etmək üçün yaradılmışdır. İR üzrə administrator İR şöbəsinin düzgün təşkil olunmasını təmin edir, işə götürmə, sənədləşmə və əmək haqqı (payroll) işlənməsi ilə problemsiz fəaliyyət göstərir və bütün işçilərə ümumi İR dəstəyi verir. Rol istehsal müəssisələrinin yerləşdiyi bölgələrə səyahət etməyi nəzərdə tutur.
· Vəzifə təlimatların aidiyyatı şəxslər tərəfdən imzalanmasının nəzarətinə cavabdeh olması; · Xitam sənədlərini tamamlayır və işdən çıxış görüşləri aparır; · İş vaxtı və davamiyyət qrafiklərinin izlənməsi (gündəlik / həftəlik / aylıq); · Sənəd axının idarə edilməsi - işçilərin şəxsi qovluqları, qeydlərin aparılması və sənədlərin (çap və elektron formaları) tərtibi; · Baş ofis ilə regionlarda yerləşən ofislər arasında İR üzrə sənəd axınının düzgün və vaxtında idarə olunmasını təmin edir; · Kadr dəyişiklikləri ilə bağlı əmrlərin, əmək müqavilələrin, əmək müqavilələrinə əlavələrin və digər kadr sənədləşmələrin hazırlanması və qovluqlara yerləşdirilməsi; · İşə qəbul olan yeni işçilərin sənədlərinin toplanması; · Əmək kitabçalarının qeydiyyatı və əmək kitabçalarda qeydlərin yazılması; · Məzuniyyət prosesini və sənədləşdirilməsini təmin etmək; · Əmək məcəllənin tələblərinə və daxili siyasət və prosedurlara uyğun olaraq, tələb olunan bütün sənədlərin müvafiq qaydada toplanmasını və sənədləşdirilməsini təmin etmək üçün İR sənədləri və qeydlərinin dövri yoxlamalarını (rüblük) həyata keçirir; · Bütün İR üzrə sənədlərin məxfiliyinin qorunması; · İşçilərin istək və suallarını cavablandıraraq müştəri xidməti funksiyalarını yerinə yetirir; · İR hesabatları hazırlayır və təqdim edir; · Təyin edilmiş digər vəzifələri yerinə yetirir.
,
Job Description
Requirements:
Tələb olunan Təhsil və Təcrübə: - tələb olunan təhsil dərəcəsi: Orta və ya ali təhsil - müvafiq sahədə iş təcrübəsi: Minimum 1 il İR köməkçisi və ya müvafiq İnsan Resursları / inzibati vəzifədə təcrübə - tələb olunan və ya üstünlük verilən sənaye sektoru: İstehsalat (üstünlük verilir) Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar): · vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Yazılı və şifahi ünsiyyət (təqdimat) bacarıqları, komanda oyunçusu, müştəriyə xidmət bacarıqları, əla təşkilatçılıq və vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət · tələb olunan texniki bilik və bacarıqları qeyd edin: MS office, Outlook, digər ofis proqramları və avadanlıqları · təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): Əmək məcəlləsi üzrə · dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan, Rus dilləri