Rolun məqsədi Bu rol müəssisədə baş verən əməliyyatların uçotunun aparılması və mühasibat sistemində əks etdirilməsi üçün nəzərdə tutulmuşdur.
Vəzifə öhdəlikləri • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara, sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək; • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması; • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi; • İstehsal üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi və xammal anbarlarının yoxlanılması. İstehsal sənədləşməsinə nəzarət etmək; • E-Qaimə yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların daxil edilməsi; • Ezamiyyə xərclərinin hesablanmasını aparmaq; • Debitor və kreditorla hesablaşmaların aparılması; • Mühasibat uçotu hesablarını yoxlamaq və səhvləri aşkarlamaq; • Digər tələb olunan tapşırıqların vaxtında və dəqiq icra olunması.
Job Description
Requirements:
Tələb olunan Təhsil və Təcrübə: • tələb olunan təhsil dərəcəsi: Ali • müvafiq sahədə iş təcrübəsi: Minimum 2 il • tələb olunan və ya üstünlük verilən sənaye sektoru: İstehsalat Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar): • vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, yüksək analitik düşüncə qabiliyyəti, komandada işləmək bacarığı • tələb olunan texniki bilik və bacarıqları qeyd edin: MS office, 1C, Elektron Hökumət Portalı • əlim/sertifikatlar qeyd edin (tələb olunduqda): N/A • dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan, Rus və İngilis dilləri
Əlavələr • Daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir; • Daim Cəmiyyətin mənafeyini və imicini qoruyur; • Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını vaxtında və tam icra edir. Məsuliyyətlər • Verilmiş səlahiyətlər çərçivəsində həvalə edilmiş vəzifələrin icrası zamanı Cəmiyyətə vurduğu ziyana, eyni zamanda məxfi məlumatların yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarının tələblərinə müvafiq olaraq məsuliyyət daşıyır.