Tələb olunan Təhsil və Təcrübə:• tələb olunan təhsil dərəcəsi: Ali (Qida mühəndisi fakültəsi)
• müvafiq sahədə iş təcrübəsi: 1 ilədək
• tələb olunan və ya üstünlük verilən sənaye sektoru: Qida sənayesi
Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar):• vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Balıq emalına aid yüksək biliklərə sahib olmalı, yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları, detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və eyni zamanda bir neçə işi görə bilmək qabiliyyəti olmalı
• tələb olunan texniki bilik və bacarıqları qeyd edin: Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı, sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli
• təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): N/A
• dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan dili, Rus dili
Əlavələr • Daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir;
• Daim Cəmiyyətin mənafeyini və imicini qoruyur;
• Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını vaxtında və tam icra edir.
Məsuliyyətlər • Verilmiş səlahiyətlər çərçivəsində həvalə edilmiş vəzifələrin icrası zamanı Cəmiyyətə vurduğu ziyana, eyni zamanda məxfi məlumatların yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarının tələblərinə müvafiq olaraq məsuliyyət daşıyır.