ÖHDƏLİKLƏR İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində, habelə, metodologiya və icra üsullarının hazırlanmasında iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək; Tikinti sahələrində yerinə yetiriləcək işlər üçün hazırlıq təşkilinə, hazırlıq işlərinin yerinə yetirilməsinə və qrafiklərinə nəzarət etmək; İstifadə olunan və quraşdırılan material, avadanlıq və konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə, standart və normalara uyğunluğuna nəzarət etmək; Yerinə yetirilən işlərin texnoloji ardıcıllığına, icra üsullarına, layihə və normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarət edərək təmin etmək; Şəhərsalma və tikinti sahəsinə dair normativlərə əsasən tələb olunan sənədləri tərtib etmək; Layihələrin hesabarlarına nəzarət etmək, hesablamaq, smeta dəyərinin hazırlanmasını təmin etmək. Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək; İnşaat köməkçisi və təcrübəçilərin peşəkar inkişafına dəstək olmaq; Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək. İşçilik və Materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi
Job Description
Requirements:
TƏLƏBLƏR Ali təhsil : İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə azı 5-8 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus – arzuolunandır; Kompüter bacarıqları: MS Office, Autocad; Tikinti normalarına dair biliklər; Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.