ÖHDƏLİKLƏR Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək; Zərurət yarandıqda layihə qiymətlərinin təhlili; Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili; Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması; Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili; İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi; Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması; Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması; Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması; Layihələrin maliyyə axınlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası; Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması; Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması; Maliyyə planlarının qaydalara uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi.
Job Description
Requirements:
TƏLƏBLƏR Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi; Oxşar vəzifədə azı 4 il iş təcrübəsi. Mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır; Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Kompüter bilikləri – MS Office, Autocad; Detallara qarşı diqqətcil olmaq; Yüksək ünsiyyət bacarığı; Komanda ilə işləmək bacarığı.