Date : 29 July 2024
Salary: Negotiable
Work conditions: Full time
Location: Baku

Planlaşdırma mühəndisi
ÖHDƏLİKLƏR
Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
Podratçılarla hesabat formalarının doldurulma qaydalarını müzakirə etmək;
Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;
Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
Həftəlik hesabatların layihə müdiri və kommersiya rəhbərləri ilə müzakirə edilməsi;
Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI hesabatların hazırlanması;
Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
Sahə səfərləri hesabatlarının hazırlanması;
İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi;
Podratçılarla iclaslarda iştirak etmək;
Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
Master qrafik üzrə işçi resursların layihə müdiri ilə birgə təyin olunması;
Tender qrafiklərinin tərtib olunması;
Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi.
Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi.
Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi
Job Description
Requirements:
TƏLƏBLƏR
Mühəndislik ixtisası üzrə ali təhsil;
Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;
Məsuliyyətli, intizamlı olmaq.
Apply for a vacancy