ÖHDƏLİKLƏR Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, mexanik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; Layihələndirmədə mexanik sistemlərin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; Layihələndirmədə mexanik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək; Layihənin tender prosesinə texniki dəstək vermək, mexanik sistemlərin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Layihələndirmədə mexanika üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək. Avadanlıq və materialların istehsalçı tərəfindən satış qiyməti üçün databazanın güncəl saxlanması Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.
Job Description
Requirements:
TƏLƏBLƏR Ali təhsil : Mexanika sahəsi üzrə ali təhsil; İş təcrübəsi :Müvafiq sahə üzrə azı 5-8 il iş təcrübəsi; Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, ASHRAE, SMACNA, NFPA; Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı; Kompüter bilikləri: MS Office, AutoCAD; Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq