ÖHDƏLİKLƏR Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə avtomatlaşdırma və kontrol sistemlərinin uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək. Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək. Layihələndirmədə avtomatlaşdırma və kontrol sistemlərinin məlumatlarının, Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərinin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək. Avtomatlaşdırma və kontrol sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək. Layihələndirmə müddətlərinin avtomatlaşdırma və kontrol hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq. Layihənin avtomatlaşdırma və kontrol sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək. Tələb edildiyi halda layihənin bütün mərhələlərində avtomatlaşdırma və kontrol sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək. Avtomatlaşdırma və elektronika üzrə mühəndis və aparıcı mühəndislərə texniki qərarların verilməsində dəstək olmaq.
Job Description
Requirements:
TƏLƏBLƏR Ali təhsil : Avtomatlaşdırma və kontrol mühəndisliyi üzrə ali təhsil Iş təcrübəsi :Müvafiq sahə üzrə 5-8 il il (tikinti və ofis) BMS, SCADA, HMI, DCS, ICSS, yanğın siqnalizasiya, VESDA, avtomatlaşdırılmış qəza və səsli təxliyə, karbon monoksid siqnalizasiyası, nəzarət-ölçü cihazları, audio-vizual sistemlər, multimedia sistemləri, interkom, işıqlandırma avtomatlaşdırılması, avtomatlaşdırılmış yanğın söndürmə sistemləri, kartlı keçid və turniket sistemləri, kamera və müşahidə sistemləri, xüsusi alarm sistemləri və digər avtomatlaşdırma və kontrol sistemləri haqqında nəzəri və praktiki biliklər Mexanik, elektrik və İT sistemləri haqqında fundamental texniki biliklər və onların avtomatlaşdırma sistemləri ilə inteqrasiya həlləri Avtomatlaşdırma şəbəkə bilikləri və xəbərləşmə protokolları biliklərinə malik olmaq, bu barədə layihələr üzrə texniki həllər vermək. Enerji effektivliyi, bərpa edilən enerjilər və enerjinin idarəedilməsi barədə texniki biliklər Texniki problemlərin praktiki və ya nəzəri həll edilməsi, sistemlərin analizi və bu yöndə texniki qərarların verilməsi Dil bilikləri: Azərbaycan dili - səlis / İngilis dili - yaxşı