Date: 05 July 2022

Deadline:
Work conditions: Full time
Location: Baku
Emal sahəsi üzrə kiçik mütəxəssis
Responsibilities: - İş barədə məlumat:

• Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
• Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
• Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;
• Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
• Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
• İşin sonunda istehsalata aid nəzarət kartlarını doldurub gündəlik hesabat hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir.
• Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir zərurət yaranarsa düzəliş məqsədli müdaxilə edir;
• Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir;
• İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
• Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
• Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır;
• Xammal, material və hazır məhsullar üçün texniki tələbləri nəzarətdə saxlayır;
• İstehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini tətbiq edir;
• Yeni texnika və avadanlıqların tətbiqinin iqtisadi effektivliyinin müəyyən edilməsi üsullarını müəyyən edir;
• Rəhbər tərəfindən tapşırılan digər işləri yerinə yetirir.

Requirements: - Namizədə tələblər:

Tələb olunan Təhsil və Təcrübə:
o tələb olunan təhsil dərəcəsi: Ali (Qida mühəndisi fakültəsi)
o müvafiq sahədə iş təcrübəsi: 1 ilədək
o tələb olunan və ya üstünlük verilən sənaye sektoru: Qida sənayesi

Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar):
o vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Balıq emalına aid yüksək biliklərə sahib olmalı, yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları, detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və eyni zamanda bir neçə işi görə bilmək qabiliyyəti olmalı
o tələb olunan texniki bilik və bacarıqları qeyd edin: Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı, sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli
o təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): N/A
o dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan dili, Rus dili

Job Description
Requirements:

Apply for a vacancy